28 iyun 2015 00:10

Arqend Mustafa: İnterin Laçi ilə oyunlarda üstünlüyü var

Albaniyanın "Laçi" klubunun yarımmüdafiəçisi Arqend Mustafanın azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünün sizə "İnter"i çıxarmasını necə qarşıladınız?
- Sakit qəbul etdim.

- Deməli, bu komndanı asanlıqla keçəcəyinizi düşünürsünüz?
- Xeyr, təbii ki, elə düşünmürük. Bilirik ki, bizi çox çətin oyunlar gözləyir.

- Bakı klubu barədə məlumatınız var? Komanda yoldaşınız Elton Doku saytımıza bildirmişdi ki, o, Bakı "İnter"ini yox, Milan "İnter"ini tanıyır...
- Mən "İnter" barədə eşitmişdim, bilirdim ki, Azərbaycanın da belə bir təmsilçisi var. Paytaxt təmsilçisi olmasından da xəbərim vardı. Həmçinin onu da bilirəm ki, bizdən fərqli bu komandanın avrokuboklarda böyük təcrübəsi var. Bu, onlara az kömək etməyəcək.

- İlk matçı evdə keçirməyiniz üstünlükdür?
- Xeyr, ilk matçın Albaniyada keçirilməsini özümüz üçün üstünlük hesab etmirəm. Çünki əsas birinci oyun yox, cavab matçıdır. Hər şeyi də olmasa, çox şeyi cavab matçı həll edir. Belə olan vəziyyətdə azarkeşlərin dəstəyi də böyük önəm kəsb edir. Çox istərdik ki, ilk oyun Bakıda keçirilsin.

- Komandaların şansları barədə nə deyə bilərsiniz?
- Əllinin əlliyə. Sadəcə, "İnter"in avrokuboklarda daha böyük təcrübəyə malik olması, cavab matçını Bakıda keçirməsi onlara üstünlük qazandırır. İstənilən halda sonadək mübarizə aparacağıq. Bizim artıq Azərbaycan təmsilçisini mübarizədən kənarlaşdıran komandamız olub.

- "Neftçi"yə qalib gəlmiş "Şkenderbeu"nu nəzərdə tutursunuz?
- Bəli. Cavab oyunu Albaniyada keçirilirdi. Həmin oyun xatirimdədir. Fikrimcə, biz də "İnter"i keçə bilərik. Çünki yaxşı komandamız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.