27 iyun 2015 17:00
Qəbələnin İnterlə ikinci sınağı
2015/16 mövsümünün hazırlıqlarını Qəbələdə davam etdirən “qırmızı-qaralar” bu gün növbəti yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “Qəbələ” Bakı “İnter”i ilə qarşılaşmada qüvvəsini sınayacaq.
Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olacaq. İyunun 24-də baş tutan görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi – 1:0.
Matç Qəbələ şəhər stadionunda saat 20:00-da start götürəcək. Xatırladaq ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub etmişdi.
