27 iyun 2015 17:30
Neftçi - Mladost matçının biletləri nə vaxt satışa çıxarılacaq?
UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçının biletləri iyun ayının 29-da axşam saatlarından etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu biletləri qiymətləndirmək üçün azarkeşləri arasında sorğu elan edib.
1. Biletlər bütün sektorlar üçün 2 manata, VİP sektor üçün 20 manata olsun.
2. Biletlər sektorlardan asılı olaraq 1, 3, 5, VİP sektora isə 20 manata olsun.
Klub azarkeşlərə sosial şəbəkədə təqdim etdiyi bu iki variantdan birini seçməklə şərh bölməsinə yazmalarını xahiş edib.
