27 iyun 2015 15:30
Mladen Bartuloviç: Məni Azərbaycana çağrısalar da, Vorsklanı seçdim
Ukraynanın "Vorskla" klubunun yarımmüdafiəçisi Mladen Bartuloviç bəyan edib ki, karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Amma o, bundan imtina edib və səbəbini də belə açıqlayıb:
"Bəli, məni Xorvatiya, Qazaxıstan, Azərbaycan klublarına dəvət edirdilər. Hətta "Metallist"dən də dəvət vardı. Amma mən "Vorskla"ya üstünlük verdim. Çünki bu komanda avrokuboklarda çıxış edəcək. Özünə hörmət edən hər bir futbolçu üçün bu amil böyük önəm kəsb edir".
