27 iyun 2015 14:00
Kəpəz polşalı qapıçı ilə müqavilə imzalamağa hazırlaşır
"Rəvan"ın sabiq qapıçısı Lukaş Sapela karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 32 yaşlı polşalı qapıçının xidmətində "Kəpəz" maraqlıdır.
Tərəflərin artıq böyük ölçüdə razılığa gəldiyi bildirilir. Təcrübəli qapıçı ilə tezliklə 1 illik müqavilə imzalanacaq.
