27 iyun 2015 13:00
Azərbaycan DÇ-2016-nın püşkatmasında ikinci səbətdə yer alacaq
İyulun 2-də İsveçrənin Nyon şəhərində DÇ-2016-nın seçmə mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da öz rəqiblərini tanıyacaq.
Millimiz püşkatma zamanı ikinci səbətdə yer alacaq. Millimizlə eyni səbətdə Serbiya, Rumıniya, Sloveniya, Macarıstan, Slovakiya və Niderland var. Bu isə yığmamızın sözügedən komandalarla rəqib olmayacağından xəbər verir.
Bütün səbətlərin tərkibini təqdim edirik:
1-ci səbət: İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya.
2-ci səbət: Serbiya, Rumıniya, Sloveniya, Azərbaycan, Macarıstan, Slovakiya, Niderland.
3-cü səbət: Belarus, Belçika, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan, Polşa, Makedoniya.
4-cü səbət: İlkin mərhələnin qalibləri.
