27 iyun 2015 11:40
Qarabağın Dinamo ilə matçı baş tutmayacaq
Azərbaycan çempionu "Qarabağ" iyulun 6-da Ukraynanın "Dinamo" klubu ilə yoxlama oyunu keçirməliydi. Lakin azerisport.az saytının məlumatına görə, bu matç baş tutmayacaq.
Bu barədə "Dinamo"nun rəsmi saytı məlumat yayıb. Ukrayna təmsilçisi həmin gün Polşanın "Legiya" klubu ilə qarşılaşacaq.
