Samir Əliyev: Boqatinovu Şaxtyorla oyunda bir daha yoxlayacağıq
"Neftçi"nin baş məşqçisi Samir Əliyev komandanın düşərgəsinə baxışa dəvət olunmuş makedoniyalı qapıçı Martin Boqatinovdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kukesi" ilə yoxlama oyununun birinci hissəsində Aqil Məmmədov, ikinci yarıda isə Martin Boqatinov qapıda durmuşdu. Fasilədən sonra heyətdə çoxlu dəyişiklik etdik. Qapımıza çoxlu zərbə endirdiklərini deməzdim. Qolları isə öz səhvlərimizdən buraxdıq. Birinci hissədə çox yaxşı oynadıq. Bütün uşaqları yoxlamağa çalışdıq. Avropa Liqasında elə olmayacaq. Komplekləşmiş heyətlə mübarizə aparacağıq. Allah eləsin ki, Avroliqada tam fərqli "Neftçi" görək. Daha çox vaxtımız olsaydı, yaxşı olardı. Mümkündür ki, Donetsk "Şaxtyor"u ilə oyunda Boqatinovu yenidən yoxladıq. Hazırda Aqilin daha yaxşı vəziyyətdə olduğunu düşünürəm. "Kukesi" ilə oyunda da qapısını yaxşı qorudu".
