26 iyun 2015 19:20

Emin Kürdov: Tarix yazmaq istəyirdik, alınnmadı

Çimərlik futbolu üzrə millimizin kapitanı Emin Kürdovun azerisport.az saytına müsahibəsi

- Yığmamız Avropa Oyunlarında keçirdiyi hər iki matçda məğlub oldu. Məğlubiyyətlərə səbəb nə idi?
- Mən həmişə demişəm, əsas startdır. Startı necə başladınsa, elə də gedəcək. Biz iki oyunun ikisində də çox pis başladıq.

- Vaqif Şirinbəyovla tez-tez əvəzlənirdin. Bir hissə sən, o biri hissə Vaqif dayanırdı...
- İkinci hissədə meydana çıxmağımın səbəbini də baş məşqçidən soruşarsız. Millinin kapitanıyam, komandaya kömək etmək istəyirdim. Canımı qoymaq istəyirdim meydanda. Kənardan baxmağa alışmamışam.

- İsveçrə ilə görüşdə millimiz qələbə qazana bilərdi. Nə mane oldu qələbəyə?
- İsveçrəni uda bilərdik. Bu oyunları təcrübə həll edir. Axırıncı oyunda üç hissə istəyirdim dayanam qapıda. Ancaq naməlum səbəbdən məşqçi buraxmadı. Bu dəqiqə yüksək formadayam və komandama kömək etmək istəyirdim.

- Kataniyada “Əmrahbank”la yaxşı oynadız və bundan sonra hamı sizdən yüksək nəticə gözləyirdi...
- Kataniyadakı turnirdə oyunu mən idarə edirdim. Top saxlayırdıq, düzgün gedişlər edirdik. Ona görə nəticə verdik. 28 komanda arasında 7-ci pilləni tutduq. Hamısı bilirsiz nəyə görə idi? Sərbəstlik var idi. Çıxıb dayanırdım, yorulanda Vaqif Şirinbəyov məni əvəzləyirdi. Millidə isə tərsinədi. Kapitanam, oturmuşam, ikinci hissəyə çıxıram sonradan. Axı belə öyrəşməmişəm. Ukraynadan güclü fizikası olan komanda yoxdur, ancaq bizimlə matçda top saxlayırdı. Bizdə isə “beybiqi” idi. Qum da ağır idi. Gərək topla oynayardıq. Elə vurdular, topu çıxardım, ya nə bilim dirəkdən döndü. Belə olmur e, axır-əvvəl buraxacaqdıq. İsveçrədən 7 qol buraxdıq. Nəyə görə? Çünki pressinqi düzgün etmədik. Pressinq edirdik, top ala bilmirdik. Halbuki rəqib oyunçular bizdən çəkinirdi.

- Doğma meydan amili təzyiq yaratdımı?
- Doğma meydanda oyayırdıq, bura təcrübəli oyunçular lazım idi. Bəzi oyunçular var ki, atmosferə düşdülər. Hamının qohumu, ailəsi gəldi. Birinci oyun ümumiyyətlə çətin oldu. Çünki təzyiq var idi. İkinci oyunda bir az toparlandıq. İkinci oyun oynadığımızı birinci oyun oynasaydıq, başqa cür hesab olardı. İsveçrə ilə oyunda geri dönüş edə bilərdik. Buna da qadir idik. Ora da təcrübə lazım idi. İsveçrəni hay-küylə uda bilməzsən. Çox səviyyəli komandadır. Bir epizod tapdılar, vurdular ardı da gəldi. İsveçrə təcrübəli oyunçulardan yığılmışdı. Lazım olan anda qol vururdular.  Onlarda sonluq var idi, bizdə yox. Ən çox ailəmə görə heyfslənirəm. Təbii ki, azarkeşlərə görə də üzüldüm. Ancaq yoldaşım, anam, qohumlarım gəlmişdi dəstəyə. Uduzduq, onları gördüm çox pis oldum. Doğma meydanda məyus etdik hamını. Udmalı oyunu, uduzduq. İsveçrəni udmaq olardı. Bura gələn komandalar hamısı güclüdür. Amma nəsə etmək olardı.

- Hamı sizdən yüksək nəticə gözlədiyi anda, qrupdan belə çıxa bilmədiniz...
- Qrupdan çıxmaq olardı. Potensialımız da var idi. Müəyyən səbəblərdən alınmadı. Bəzi epizodlarda təcrübə sözünü dedi. Tarix yazmaq istəyirdik, alınnmadı.

- Portuqaliya ilə oyunda qələbə qazanmaq mümkün olacaq?
- Formal xarakter daşıyır. Bu cür oyunlara çıxmaq çətindir. Udsaq da, uduzsaq da qrupda sonuncu olacaq. Bizim üçün reytinq oyunudu. Reytinq xalları yığa bilərik. Hər halda nəhayət qələbə qazanıb xalqımızı sevindirmək istəyərdik. Düzdür, komandada ruh düşkünlüyü var. Normal haldır. İki oyunu da uduzduq. Çətin olacaq, Portuqaliya uduzduğumuz rəqiblərin hər ikisi udub.

- Bir epizodda zərbə vurdun, ancaq İsveçrənin qapıçısı istiqamətini dəyişən topa çatdı. Səncə, bu qırılma nöqtəsi ola bilərdimi?
- Biz deyirik ki, onlar vurur quma dəyir istiqaməti dəyişir, qol olur. Ancaq bizdə olmur. Onlar hər bir zərbəni elə vururlar. Mən vurduğum zərbə düşünülmüşdü. Çox adam deyir top qapı xəttini də keçmişdi. Belə şeylər oyunu həll edir. Onu vuranda iki şeyi düşündüm. Çox adam çimərlik futbolunun qaydalarını bilmir. Vuranda düşündüm ki, top quma dəyib istiqaməti dəyişsin. Bir tərəfdən də fikirləşdim rəqibdən kimsə dəysin top. Top yerə dəyməmişdən onlarda kiməsə dəysəydi, penalti olacaqdı. Bilərəkdən vurmuşdum. Məncə, qol olsaydı, 5:4 olacaqdı. Qırılma anı idi məncə. Böyük motivasiya olardı. Rəqiblər oyunu analiz edirdilər. Qoymurlar ki, mən qapıya zərbə vurum. Çox qollar vurmuşam bu günə kimi. Hamı məndən qol gözləyirdi, hiss edirdim bunu. Ancaq çox az şans verildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.