26 iyun 2015 18:40
Zirə daha 3 futboçu ilə müqavilə imzaladı
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Zirə" növbəti transferlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Aleksandr Şemonayev, Təmkin Xəlilzadə və İlqar Hüseynov bundan sonra sözügedən klubun formasını geyinəcək.
Şemonayevlə 1 illik müqavilə imzalanıb. Xəlilzadə 2, Hüseynov isə 3 illik anlaşmaya imza atıb.
