26 iyun 2015 18:20
Qarabağ Ştutqartı Avstriya klubuna dəyişdi
"Qarabağ"ın Avstriyada keçdiyi təlim-məşq toplanışı zamanı ilk yoxlama oyununun detallarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, daha öncə bu komandanın iyunun 30-da Almaniya "Ştutqart"ının 2-ci kollektivi ilə qarşılaşacağı bildirilirdi.
Lakin rəqibin futbolçularının millinin aşağı yaş qruplarına dəvət alması planların dəyişməsinə səbəb olub. Belədə "Qarabağ" ayın son günündə Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq. Oyun ağdamlıların məskunlaşdığı Kössen qəsəbəsinin meydaçasında baş tutacaq. Oyun yerli vaxtla 17:45 (Azərbaycan vaxtıyla 20:45) başlayacaq.
