26 iyun 2015 15:30
Vəli Qasımov: Hələ Nforun şərtlərini bilmirik
"Neftçi"nin idman direktoru Vəli Qasımov komandanın kamerunlu hücumçusu Ernest Nforla aparılan danışıqlara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müqavilə ilə bağlı danışıqlar davam edir. Bu məsələdə bəzi anlaşılmazlıqlar var. Amma o, artıq komandanın məşq prosesinə qatılıb. Hələ futbolçunun şərtlərini bilmirik".
