26 iyun 2015 12:00
İnter XL və Neftçinin sabiq futbolçusu ilə güclənir
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" heyətinə daha bir yeni futbolçu qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi Denis Silva ilə danışıq aparır.
Artıq tərəflər böyük ölçüdə razılığa gəliblər. Yaxın günlərdə Silvanın bakılılarla bir illik müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Denis vaxtilə "Xəzər Lənkəran"da da çıxış edib.
