26 iyun 2015 11:40

Qequçadze: İlk matçı evdə keçirməyimizin həm mənfi, həm də müsbət cəhətləri var

Gürcüstanın "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Qiya Qequçadzenin azerisport.az saytına müsahibəsi

- Püşk Avropa Liqasının birinci təsnifat mərhələsində sizə "Qəbələ"ni çıxaranda reaksiyanız necə oldu?
- Normal. Püşklə hesablaşırıq. Meydana çıxıb öz oyunumuzu sərgiləməyə hazırlaşırıq.

- Rəqib barədə nə məlumat əldə edə bilmisiniz?
- Bilirəm ki, layiqli komandadır. Bu da təəccüblü deyil. Çünki Azərbaycan futbol ölkəsidir. Azərbaycan çempionatının üçüncüsü zəif komanda ola bilməz. Xüsusilə, mövsümün ikinci hissəsində onlar çox uğurlu çıxış ediblər, çempionatı mükafatçılar sırasında bitiriblər. Kifayət qədər yaxşı komandadır. Sanballı transferlər də ediblər. Bizi çox yaxşı komanda gözləyir.

- Ölkəmizdə əksəriyyət belə düşünür ki, "Qəbələ" "Dinamo"nu keçməyə borcludur. Bəs siz necə düşünürsünüz?
- Bu, onların haqqıdır. Amma nəyin necə nəticələnəcəyini demək çətindir. Bizi iki oyun gözləyir. Öncədən nəsə deməyin mənası yoxdur.

- İlk oyunun Tiflisdə keçirilməsi rəqibin xeyrinədir?
- Bunun həm mənfi, həm də müsbət cəhətləri var. Birmənalı olaraq hər şeyin rəqibin xeyrinə demək olmaz. İstənilən halda hər iki komanda oxşar şərtlər altında oynayacaqlar.

- Azərbaycan və Gürcüstan klublarının avrokuboklardakı son iki qarşılaşmasında bizim klublar üstün olublar. "Dinamo" həmin məğlubiyyətlərin qisasını almaq barədə düşünməyəcək?
- Hansısa revanş hissindən danışmaq düzgün olmaz. Biz sadəcə, meydana çıxıb, qələbə qazanmağa çalışacağıq.

- Avropanın elə də varlı olmayan klubları həmişə Azərbaycan təmsilçilərinin imkanlı olmasını qabardır...
- Belə söhbətlər istisnadır. Kimin nə qədər qazandığına, kimdə necə şərait olmasına qətiyyən fikir vermirəm. Mən öz komandama cavabdehəm. Bizim kifayət qədər gənc futbolçumuz var. Onlar futbol oynamağı çox sevirlər. Avrokuboklar bizim üçün böyük şansdır.

- Proqnoz verə bilərsiniz?
- Proqnoz vermək elə də yaxşı iş deyil. Bərabər şərtlər altında başlayırıqsa, deməli, şanslar da əllinin əlliyədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.