25 iyun 2015 23:30

Kəpəz həvəskarlarla heç-heçə etdi, Diniyev azarkeşlərlə görüşdü

İyunun 20-dən Gəncədə seleksiya xarakterli təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, iyunun 25-də Gəncə şəhər stadionunda keçirilən matçda komandanın rəqibi Qəbələnin həvəskarlardan ibarət eyniadlı təmsilçisi olub.

Yerli hakimlər briqadasının idarə etdiyi matç saat 18:00-da başlayıb. Havanın olduqca isti olmasına baxmayaraq sevimlilərini dəstəkləmək üçün arenya 300-ə yaxın azarkeş gəlib.

Rəqib qarşısına hər hissədə bir heyətlə çıxan “Kəpəz” üçün oyun yaxşı başlamayıb. Həvəskarlar ilk yarıda hesabı açıb. Amma fasilədən sonra gəncəlilərin gənc yarımmüdafiəçisi Rəhman Allahverdiyev hesabı bərabərləşdirərək, həm də son nəticəni təyin edib - 1:1.

“Qəbələ” ilə oyunda komandanın məşqçilər korpusu 21 futbolçunu baxışdan keçirib. Onlar haqda qərar qarşıdakı günlərdə veriləcək. Bu yerdə “Kəpəz”in iyunun 26-da Gəncədə “Turan Tovuz”la qarşılaşacağını da əlavə edək.

Qeyd edək ki, matçdan sonra azarkeşlərlə komandanın baş məşqçisi Şahin Diniyev arasında görüş keçirilib. Görüşdə Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və klubun icraçı direktoru Mehman Allahverdiyev də iştirak edib. Komandanın gələcək planları ilə maraqlanan 50-yə yaxın fanat baş məşqçiyə suallar ünvanlandırıb. Azarkeşlərin bütün suallarını həvəslə cavablandıran Diniyev onları səbrli olmağa və komandaya dəstək verməyə çağırıb.

Təxminən 20 dəqiqə davam edən ayaqüstü söhbətdən sonra azarkeşlər Diniyevlə şəkil çəkdirib. Baş məşqçi sonda mətbuat işçilərini maraqlandıran sualları da cavabsız qoymayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.