25 iyun 2015 18:15
AFFA Olimpiya stadionunda Azərbaycan - Rusiya matçını təşkil etmək arzusundadır
AFFA rəhbərliyi Rusiya yığması ilə yenicə istifadəyə verilmiş Bakı Olimpiya Stadionunda yoxlama matçı keçirmək arzusundadır. Azerisport.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov dilə gətirib:
"Son üç ildə Rusiya yığması ilə bir neçə dəfə qarşılaşmışıq. Bu komanda ilə yeni stadionumuzda da oynamaq istəyərdik. Əminəm ki, arena tam dolardı. Təəssüf ki, bu baxımdan hələlik, çətinlik var. Çünki qarşıdakı bir ilin təqvimi müəyyənləşib".
Qeyd edək ki, Olimpiya stadionundakı ilk rəsmi matç bu ilin 10 oktyabrın planlaşdırılıb. Həmin gün Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək.
