25 iyun 2015 17:45
Eddi İsrafilov iki klubun təklifini rədd etdi
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov hələ də növbəti mövsümdə karyerasını hansı klubda davam etdirəcəyini müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olan futbolçu "Eybar" və "Leqanes"dən gələn təklifləri rədd edib.
Bu üzdən də hazırda onun "Almeriya"ya keçmək variantı daha yüksək qiymətləndirilir.
