25 iyun 2015 16:00
Norveç klubu İsmayılovu heyətində görməkdə israrlıdır
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Norveçin "Stromsqodset" klubu ilə danışıq aparır. Futbolçunun azerisport.az saytına verdiyi məlumata görə, sözügedən klub onu heyətində görməkdə israrlıdır.
Yaxın günlərdə danışıqların yekunlaşması gözlənilir.
