25 iyun 2015 15:45

Vəli Qasımov: Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz

"Neftçi" PFK-nın İdman direktoru Vəli Qasımov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.

- "Neftçi" Avstriya hazırlığını tamamlamaq üzrədir. Artıq iki yoxlama matçı keçirilib. Təlim-məşq toplanışı barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Əvvəlcə onu deyim ki, hazırlıq üçün az vaxtımız oldu. Ümumilikdə təlim-məşq toplanışı yaxşı keçir. Keçirdiyimiz yoxlama oyunlarında məşqçilər heyəti bütün futbolçulara şans verdi. Bildiyiniz kimi komanda üzvlərinin əksəriyyəti gənclərdən təşkil olunub. Onlar üçün bu görüşlərdə meydana çıxmaq təcrübə qazanmaq baxımından vacibdir. Doğrudur nəticə olaraq komanda qələbə qazanmadı amma belə görüşlərdə hesab ikinci plana keçir.

- Gənc futbolçular özünü doğruldurmu?
- Komandamızdakı gənclərin böyük potensialı var. Məşqçilər heyəti də çalışır ki, onların üstün tərəfləri ortaya çıxsın. Komandada olan təcrübəli legioner futbolçular da yerli oyunçulara dəstək olur. Bu gün üçün komanda tam hazır olmasa da, hiss olunur ki, böyük istək var.

- Hazırlıq dövründə komandaya qoşulan yeni transferlərlə bağlı nə deyə bilərsiniz?
- Çalışmışıq ki, "Neftçi"nin oyun planına uyğun futbolçular cəlb edək. Bizim futbolçularımız hər zaman texniki cəhətdən daha güclü olublar. Melli və Aylton isə daha çox taktiki oyun anlayışına yaxındırlar. Fikrimcə onlar komandaya faydalı ola biləcəklər. Məhəmməd Qurbanov da çox istəklidir. İkinci yoxlama matçında da bunu gördük.

- "Neftçi" Avropa Liqasının ilk təsnifat mərhələsində Monteneqronun "Mladost" klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?
- Rəqib Avropa Liqasında təcrübəsi və futbol ənənəsi olan komandadır. Heyətindəki futbolçuların əksəriyyəti uzun müddətdir ki, biryerdə oynayırlar. Bəzi insanlar elə düşünür ki, rəqibimiz çox zəifdir və "Neftçi" rahatlıqla mərhələ adlayacaq. Bu düz yanaşma deyil. Rəqibi bu şəkildə qiymətləndirməmək olmaz. Komandamız yeni qurulur və hazırlıq üçün az vaxtımız oldu. Təbii ki, biz meydana qələbə qazanmaq və mərhələ keçmək üçün çıxacağıq. Amma heç kim deyə bilməz ki, bu çox rahat olacaq.

- Heyətə yeni oyunçuların cəlb olunması gözlənilirmi?
- Müəyyən mövqeləri gücləndirmək fkrimiz var. Amma indidən konkret danışmaq düzgün olmaz. İstəyirik ki, komandanı düzgün quraq və əlimizdə olan futbolçuların potensialından tam yararlanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.