25 iyun 2015 15:15
Elbrus Məmmədov UEFA-nın PRO kateqoriyasını almağa hazırlaşır
"Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov UEFA-nın PRO kateqoriyasını almağa yaxındır. Azerisport.az xəbər verir ki, artıq o, bununla bağlı müvafiq sənədlərini təqdim edib və kurslarda iştirak edəcək.
Onu həmçinin İsveçrənin Nyon və Türkiyənin Antalya şəhərində Ukrayna, eləcə də digər xarici ölkə klublarının düşərgəsində təcrübə kursları da gözləyir.
