25 iyun 2015 13:45
Martin Boqatinov: Neftçidə oynamaq istəyirəm
"Neftçi"də baxışda olan Makedoniya yığmasının qapıçısı Martin Boqatinov paytaxt klubunda qalmaq ehtimalından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ "Neftçi"nin qapıçısı deyiləm. Müqavilə imzalamamışam. Sadəcə, baxışdayam. Necə olacağını bilmirəm. Əlbəttə, "Neftçi" kimi bir komandada oynamağı istərdim. Klubun zəngin tarixi var. Ümid edirəm ki, hər şey yaxşı alınacaq".
