25 iyun 2015 13:30
Qəbələ İnterlə daha bir sınaq matçı keçirəcək
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" ilə "İnter" daha bir yoxlama oyununda üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, bu klublar iyunun 27-də Qəbələ şəhər stadionunda növbəti yoxlama matçına çıxacaqlar. Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün eyni arenada baş tutan bu klubların qarşılaşmasında "İnter" meydan sahiblərinə 0:1 hesabıyla uduzmuşdu.
