25 iyun 2015 13:00
"Neftçi güclü və keyfiyyətli komandadır"
Avstriya hazırlığı çərçivəsində keçirilmiş "Neftçi" - "Kukesi" (Albaniya) matçından sonra rəqib komandanın Marselo Troisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, "Neftçi"nin rəsmi saytına açıqlamasında komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Hər iki komandanın ifasında sürətli oyun izlədik. Gənc futbolçuların çoxluğuna baxmayaraq "Neftçi" güclü və keyfiyyətli komandadır. Düşünürəm ki, hər iki tərəf üçün əla hazırlıq oyunu oldu. Əlimizə düşən qol epizodlarından yararlanmağı bacardıq, ən əsası isə heyətdəki futbolçuları yoxlaya bildik".
