25 iyun 2015 12:30

Antonov: Oyun planında daha da təkmilləşmək mümkündür

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyununda “İnter”lə qarşılaşıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşün taleyini Aleksey Antonovun qolu həll edib. Komandanın yeni transferi matçdan sonra fikirlərini klub saytına açıqlayıb:

“Qəbələ”nin heyətində keçirdiyim ilk oyun məndə yaxşı təəssürat yaratdı. Daha yaxşı oynamaq olar. Oyun planında daha da təkmilləşmək mümkündür. Heç bir problem nəzərə çarpmır. Yeni komandama uyğunlaşmağım da qaydasındadır. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. “Qəbələ” ilə 2 gün məşq etmişəm, 3-cü gündür burdayam. Hər şey yaxşı olacaq. Sadəcə zaman lazımdır”.

Antonov Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su ilə 1 il əvvəl də qarşılaşıb. O, Qazaxıstan “Aktobe”sinin heyətində Çempionlar Liqasında üz-üzə gəldiyi rəqib haqda da fikirlərini bildirib: “Aktobe”də oynadığım vaxt Tiflis “Dinamo”su ilə qarşılaşmışıq. Bu matçlar Çempionlar Liqasının təsnifat mərhələsinə təsadüf etmişdi. Hər iki görüşdə qalib gəlsək də, “Dinamo” yaxşı komandadır. Gürcüstan təmsilçisi adı və ənənəsi olan ciddi klubdur. Bildiyimə görə, bir il əvvəlki ilə müqayisədə heyətin təxminən yarısı dəyişib. “Aktobe”nin “Dinamo”nu hansı keyfiyyətlərin sayəsində üstələdiyi haqda danışmaq yersizdir. Bu, bir il əvvəl olub. Hər şey dəyişib. “Aktobe” ayrı komandadır, “Qəbələ” ayrı komanda. Biz öz oyunumuza görə cavabdehik, öz oyunumuza görə danışmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək. Heç vaxt qabaqcadan danışmıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.