25 iyun 2015 00:05
Almaniya medal sayına görə Azərbaycana çatdı
Avropa Oyunlarının geridə qalan 13 yarış günündən sonra Azərbaycanın hesabında 40 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 14 qızıl, 11 gümüş, 15 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Amma artıq Almaniya da medal sayına görə Azərbaycana çatıb. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 94. Qonşu ölkə təmsilçiləri 47 qızıl, 25 gümüş, 22 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 109 (51-31-27), Azərbaycan – 40 (14-11-15), Almaniya – 40 (13-12-15), Böyük Britaniya – 26 (12-4-10), Belarus – 41 (10-9-22), Serbiya – 13 (8-4-1), Macarıstan – 16 (8-2-6), İtaliya – 25 (7-12-6), İspaniya – 23 (7-8-8), İsveçrə – 13 (7-4-2).
