24 iyun 2015 19:00
Bədavi Hüseynov: Rudarla oyunlarımız asan olmayacaq
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriya "Rudar"ı ilə görüşlər öncəsi şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib barədə heç nə eşitməmişəm. Çünki Çernoqoriya çempionatı bizə o qədər də tanış deyil. Fikrimcə, "Rudar"la oyunlarımız asan olmayacaq. Bu oyunlara çox ciddi hazırlaşmalıyıq. Çünki istənilən səhv ciddi problemlərə səbəb ola bilər".
