24 iyun 2015 18:50
Portuqaliya İsveçrəyə qalib gəldi, Azərbaycan Ukraynanı gözləyir
Bu gün Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması açılış matçında Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bu oyun saat 20:30-da start götürəcək.
Millimizin yer aldığı "A" qrupunda artıq bir görüş baş tutub. Belə ki, Portuqaliya İsveçrə ilə görüşdə 6:5 hesabıyla üstün olub.
