24 iyun 2015 17:00
Saşa Stamenkoviç Şerifə keçməyə yaxındır
"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını Moldovada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Tiraspol "Şerif"i yaxından maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Böyük ehtimalla yaxın günlərdə qapıçı yeni klubu ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, 2011-ci ildən "Neftçi"də çıxış edən 31 yaşlı serbiyalı qolkiper bu yay Azərbaycandan ayrılıb.
