24 iyun 2015 15:00
AZAL-ın sınaqçı-rəqibləri bəlli oldu
AZAL PFK yeni mövsümə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, gündə bir dəfə olmaqla Şüvəlandakı bazasında məşq edən komanda qarşıdakı günlərdə artıq yoxlama oyunlarına da başlayacaq.
İyunun 27-də ikitərəfli oyun nəzərdə tutulub. İyulda isə sınaqçı-rəqiblər olacaq. Belə ki, iyulun 7-də “təyyarəçilər” “Kəpəz”lə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. İyulun 11-də isə “Sumqayıt”la qarşılaşma baş tutacaq. “Kapital Bank Arena”da oynanılacaq matçın başlama saatı 19:00 olacaq.
