24 iyun 2015 14:45
Neftçi makedoniyalı qapıçını yoxlayır
"Neftçi" Avstriyadakı təlim-məşq toplanışına qapıçı dəvət edib. Azerisport.az xəbər verir ki, bu, Makedoniya yığmasının qolkiperi Martin Boqatinovdur.
Hazırda o, komanda ilə birgə məşq edir. Qapıçı məşqçilər korpusunun xoşuna gəlsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Boqatinovun "Neftçi"yə keçəcəyi barədə xəbərlər hələ may ayında yayılsa da, paytaxt klubu həmin vaxt bu xəbərləri təkzib etmişdi.
