24 iyun 2015 13:30
Qəbələ Tiflisə avtobusla yollanacaq
"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Gürcüstanın "Dinamo" klubu ilə səfər oyunu üçün planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi Tiflisə elə Qəbələdən avtobusla yollanacaq.
İyunun 30-da Qəbələdə son məşqə çıxacaq komanda ardından qonşu ölkəyə yola düşəcək.
Qeyd edək ki, "Dinamo" - "Qəbələ" görüşü iyulun 2-də baş tutacaq.
