24 iyun 2015 12:45
Qəbələnin rəqibi Sloveniya toplanışını qələbə ilə başa vurdu
"Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi - Tiflis "Dinamo"su Sloveniya toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, Gürcüstan klubu bu ölkədəki son yoxlama oyununda Rumıniyanın "Petrolul" komandası ilə qarşılaşmalıydı.
Amma əlverişsiz hava şəraiti bu matçın baş tutmasına mane olub. Nəticədə, "Dinamo" yerli "Zavrç"la qarşılaşmalı olub. Görüş gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin rəqibi bu gün Tiflisə qayıdacaq.
