24 iyun 2015 00:15
Ruslan Qurbanov: Neftçi Mladostu keçməyə borcludur
"Neftçi"nin forvardı Ruslan Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirəcəkləri oyunlarda şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komandanı tanımıram. Ona görə də dəqiq nəsə deyə bilmərəm. Amma biz bu rəqibi keçməyə borcluyuq. Baş məşqçi onlar barədə ətraflı məlumat toplamağa çalışır. Vaxtı gələndə bu barədə bizə də məlumat verəcək. Fikrimcə, ilk oyunu evdə keçirməyimiz bizim üçün üstünlükdür. Bizə ələ düşən qol vəziyyətlərindən maksimum yararlanmaq lazım gələcək. Çünki Çernoqoriyaya rahat yollanmaq üçün ilk oyunda müsbət nəticə qazanmağımız lazımdır".
