23 iyun 2015 19:00
Dmitri Kramarenko: Neftçi Mladostu keçəcək gücdədir
"Neftçi"nin məşqçisi Dmitri Kramarenko Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Çernoqoriya "Mladost"u ilə görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə layiqli rəqib düşüb. "Neftçi" Çernoqoriya klubunu keçə bilər. Uşaqlar çox böyük istəklə məşq edirlər. Toplanışda çoxlu gənc futbolçu iştirak edir. Hesab edirəm ki, bunun özü də müsbət əlamətdir. 200 faiz güc qoyacağık ki, mərhələ adlayaq. Mənə elə gəlir ki, Avroliqanın birinci təsnifat mərhələsində hər şey bizim üçün yaxşı alınacaq".
