23 iyun 2015 18:30
Metallistin müdafiəçisi Premyer Liqamızda çıxış edə bilər
Ukraynanın "Metallist" klubunun müdafiəçisi Sergye Pşeniçnıx karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunu özü bəyan edib:
"Hələlik, Xarkovdayam, fərdi qaydada məşq edirəm. "Metallist"in əsas komandası təlim-məşq toplanışına yollanır. Bu üzdən xahiş edəcəyəm ki, əvəzedici komanda ilə məşq etməyimə şərait yaratsınlar. Menecerim hazırda Azərbaycan variantını götür-qoy edir".
