23 iyun 2015 16:20
Almeriya İsrafilova görə 1 150 000 avro ödəməyə hazırdır
İspaniyanın "Almeriya" klubu Azərbaycan yığmasının və "Mursiya"nın yarımmüdafiəçisi Eddi İsrafilovu heyətinə qatmaq üçün danışıqlara başlayıb. Azerisport.az xəbər verir ki, bu transferlə "Almeriya"nın baş direktoru Xose Xuan Bonilya məşğul olur.
Sözügedən komanda bunun üçün 1 150 000 avrosundan keçməyə də hazırdır. Danışıqların necə yekunlaşacağı tezliklə məlum olacaq.
Qeyd edək ki, Eddi ilə İspaniyanın daha bir komandası - "Eybar" və İngiltərə "Vest Bromviç"i də yaxından maraqlanır.
