23 iyun 2015 15:40
Asif Məmmədov: Dinamonu asan rəqib sayanlarla razı deyiləm
"Qəbələ"nin yarımmüdadiəçisi Asif Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Gürcüstan "Dinamo"su ilə görüşlərdəki şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamıya məlumdur ki, "Dinamo" böyük ənənələrə malik komandadır. Avrokuboklarda böyük təcrübəsi var. Ona görə də bizə asan rəqib düşdüyü barədə fikirlərlə razı deyiləm. Amma bizim də güclü heyətimiz var. Azarkeşlərimizi sevindirmək istəyirik. İlk matçı səfərdə keçirməyimiz haradasa bizim üçün üstünlükdür. Komandaya yeni futbolçular gəlib. Onların avrokuboklarda müəyyən təcrübəsi var. Hansı nəticəyə nail olacağımızı iyulun 9-da biləcəyik. Öncədən nəsə demək çətindir".
