23 iyun 2015 15:20
Qara Qarayev: Rudarın öhdəsindən gəlmək asan olmayacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki rəqibləri olan Çernoqoriya çempionu "Rudar"dan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rudar" haqda heç bir məlumatım yoxdur. Onların necə oynadığını da bilmirəm. İstənilən halda baş məşqçimiz rəqib barədə bizə lazım olan bütün məlumatları çatdıracaq. "Rudar" ölkəsinin çempionudur. Şübhəsiz ki, onların öhdəsindən gəlmək asan olmayacaq. Amma biz də ciddi hazırlaşırıq. Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq".
