23 iyun 2015 11:30
Azərbaycan Rusiyaya qarşı
Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu bu gün keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız “Astana Arena”da, Bakı vaxtı ilə saat 12:00-da Rusiya-2 komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, futbolçularımız turnirdə iyunun 22-də keçirdiyi ilk oyununda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlib.
