23 iyun 2015 11:15
Braziliyalı müdafiəçi rəsmən Neftçidə!
"Neftçi" PFK braziliyalı futbolçu Aylton Fereyra Silvanı icarə əsasında heyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, Braziliya A seriyasında mübarizə aparan "Fluminense" klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb.
Sabahdan etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Aylton yeni komandasında 6 nömrəli formanı geyinəcək.
