23 iyun 2015 00:30

Levan Zuhbaya: Azərbaycan klubları gürcüləri ona görə məğlub edirlər ki, Dinamo ilə qarşılaşmırlar

Gürcüstanın "Dinamo" (Tiflis) klubunun idman direktoru Levan Zuhbayanın azerisport.az saytına müsahibəsi

- Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə rəqib oldunuz. İlkin təəssüratlarınız maraqlıdır...
- Futbol meydançasında qonşu ölkə təmsilçisi ilə qarşılaşmaq hər zaman maraqlıdır. Azərbaycanla yaxşı münasibətimiz var. Amma futbol futboldur. Komandamız özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Şübhəm yoxdur ki, "Qəbələ" də özünü göstərməyə çalışacaq.

- "Qəbələ" ilə düşəndə reaksiyanız necə oldu?
- Sakit qarşıladım. Kimin düşməsindən asılı olmayaraq, oynamağa hazır idik.

- "Dinamo"nu cütün favoriti saymaq olar?
- Gəlin başqa cür cavab verim. Mən bir "Dinamo" rəsmisi kimi komandamızı, "Qəbələ"də çalışanlar isə öz komandalarını favorit hesab edirlər.

- Azərbaycan komandaları son illərdə Gürcüstan klublarına qalib gəlir. İki ölkənin klub futbolunu necə müqayisə edərdiniz?
- Azərbaycan klubları bizim komandalarımıza ona görə qalib gəlirdilər ki, "Dinamo" ilə qarşılaşmırdılar.

- İlk oyunu evdə keçirməyinizi necə qarşıladınız?
- Adətən ilk oyunu səfərdə keçirmək üstünlük yaradır. Amma püşkün nəticəsinə görə ilk oyunu Tiflisdə keçirməliyik. Fikrimcə, bu, bizə problem yaratmamalıdır.

- Necə düşünürsünüz, "Qəbələ" ilə oyun azarkeşlərinizin diqqətini çəkəcək?
- Mütləq. Şübhə etmirəm ki, bu oyunlara çoxlu azarkeş toplaşacaq.

- "Qəbələ" barədə nə bilirsiniz?
- Bu klub barədə müəyyən məlumatım var. Amma istənilən halda bizim öz hədəflərimiz var - mümkün qədər çox mərhələ adlamaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.