23 iyun 2015 00:20
Zlatinov İnterə keçməyəcək
"İnter"in keçmiş yarımmüdafiəçisi Petar Zlatinovu transfer etməyə hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, tərəflər bununla bağlı danışıq aparırdılar.
Lakin böyük ehtimalla bu keçid baş tutmayacaq. Bunu saytımıza futbolçunun özü açıqlayıb:
"İnter"lə danışıq aparırdıq. Amma bu danışıqların müsbət nəticələnəcəyini düşünmürəm. Böyük ehtimalla "Çerno More"də qalacağam".
