23 iyun 2015 00:15
Elton Doku: Bakı İnterini yox, Milan İnterini tanıyıram
Albaniyanın "Laçi" klubunun müdafiəçisi Elton Doku Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə rəqib olmalarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, biz məyus olmamalıyıq. Bu komanda ilə oynamaq olar. Bizim növbəti mərhələyə adlamaq üçün kifayət qədər şansımız var. Amma təbii ki, bizi çətin oyunlar gözləyir. Biz hər oyunda maksimum diqqətli olmalıyıq. "İnter" barədə nə bilirəm? Demək olar ki, heç nə. Mən Milan "İnter"ini tanıyıram. Əlbəttə, ilk matçın Albaniyada keçirilməsi heç də yaxşı deyil. Amma biz qələbəyə oynayacağıq".
