23 iyun 2015 00:10
Dinamonun baş məşqçisi Qəbələdən danışdı
Tiflis "Dinamo"sunun baş məşqçisi Qiya Qequçadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə rəqib olmalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bilirik ki, bu komanda çempionatda üçüncü olub. Son dövrlər Azərbaycanın klub futbolu çox inkişaf edib. Rəqib sıradan komanda deyil. Onların yeni baş məşqçisi var, xeyli yeni futbolçu alıblar. Rəqib barədə detallı məlumat toplamağa çalışırıq".
