22 iyun 2015 18:40

Rudarın prezidenti: Qarabağ bizə qonaq gəlməklə təəccüblənəcək

Çernoqoriyanın "Rudar" klubunun prezidenti Boyan Tanyeviçin azerisport.az saytına müsahibəsi

- ÇL-in ikinci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaqsınız. Püşkatma ilə bağlı nə deyə bilərsiniz?
- İlk növbədə onu qeyd etmək istərdim ki, bu oyunlar iki dost ölkənin təmsilçilərinin görüşü olacaq. Azərbaycanla Çernoqoriya çox isti münasibətlərə malikdir. Amma düzünü desəm, bizim üçün Balkan komandaları ilə qarşılaşmaq daha asan olardı. "Qarabağ"la səfər oyununa yollanmaq xeyli vaxt alacaq. Amma hər iki komanda üçün şərtlər eyni olacaq. Ona görə də heç kim səbəb axtarmayacaq.

- "Qarabağ" haqda nə bilirsiniz?
- Bu klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etməsindən xəbərimiz var. Amma bu, bizi qorxutmur. İndiki zamanda zəif rəqib yoxdur. Özümüzə inanırıq.

- "Rudar"ın indiki vəziyyəti bu komandaların ifasında yaxşı mübarizə izləyəcəyimizə ümid verir?
- "Qarabağ"ı deyə bilmərəm, amma biz artıq hazırlaşırıq. Yeni oyunçular almışıq. Yaxşı heyətimiz var.

- Cütün favoriti hansı komandadır?
- Məşqçi olsaydım, birmənalı şəkildə "Qarabağ"ın adını çəkərdim. Amma "Rudar"ın prezidenti kimi deməliyəm ki, favorit bizik (gülür). Fikrimcə, hər iki komandanın şansı eynidir.

- İlk matçın Bakıda keçirilməsi sizi sevindirdi?
- Bunun heç bir önəmi yoxdur. Hər iki komanda bir oyunu evdə, digərini səfərdə keçirəcək.

- Ağdamlıları harada qəbul edəcəksiniz?
- Təəssüf ki, şəhərimizdə aeroport yoxdur. Ona görə də rəqiblərimizi Petrovatsda qəbul edirik. Fikrimcə, "Qarabağ" bizə qonaq gəlməklə təəccüblənəcək. Petrovaç gözəl turist şəhəridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.