22 iyun 2015 18:30
Laçinin baş meneceri: İnteri yox, daha zəif rəqib gözləyirdik
Albaniyanın "Laçi" klubunun baş meneceri Mario Nikoli Avropa Liqasının püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycanın "İnter" klubuna rəqib olmaları ilə bağlı bunları söyləyib:
"Bizim püşkatmada bəxtimiz gətirmədi. Nisbətən zəif komanda gözləyirdik, amma bizə "İnter" qismət oldu. Mərhələ keçmək üçün var gücümüzlə mübarizə aparacağıq".
