22 iyun 2015 17:30
Mübariz Xudiyev: Neftçi qarşısına Avroliqanın qrupuna düşməyi hədəf qoymayıb
"Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Xudiyev Avropa Liqasının birinci təsnifat mərhələsində Çernoqoriya "Mladost"una rəqib olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandadakı son dəyişikliklər səbəbindən klub qarşısına Avroliqanın qrupuna düşməyi hədəf qoymayıb. Bizim hədəfimiz mümkün qədər irəli getməkdir".
