22 iyun 2015 17:20
Fariz Nəcəfov: Artıq Avropada da nəticə göstərməyin vaxtıdır
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstan "Dinamo"suna (Tiflis) rəqib olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibimiz güclü komandadır. Digər tərəfdən şadam ki, İngiltərə "Vest Hem"i ilə düşmədik. Elə Tiflis "Dinamo"su da çox ciddi komandadır. Bu komandanın böyük tarixi, təcrübəsi var. Amma bizim də yaxşı büdcəmiz, futbolçularımız var. Bu, avrokubokların yeni mövsümündə yaxşı mübarizə aparmağımıza ümid verir. Bizim üçün mərhələ keçmək çox vacibdir. Artıq Avropada da nəticə göstərməyin zamanı gəlib".
