22 iyun 2015 17:00
Ansi Aqolli: Çernoqoriyanın güclü futbol məktəbi var
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Çernoqoriya "Rudar"ı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu komandanı yaxşı tanımıram. Amma Çernoqoriyanın güclü futbol məktəbi var. Şübhəsiz ki, belə bir ölkənin çempionu da güclü komanda olar. Bizə asan olmayacaq. Amma bizim də yaxşı komandamız var. Qarşımıza yüksək hədəflər qoymuşuq".
