22 iyun 2015 17:10

Avroliqadakı rəqiblərimizi daha yaxından tanıyaq

Azerisport.az sizi Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan klublarının - "İnter", "Neftçi" və "Qəbələ"nin rəqibi olan komandalarla yaxından tanış edir.

"Dinamo" (Tiflis, Gürcüstan)

"Qəbələ"nin rəqibinin xüsusi təqdimata ehtiyacı yoxdur. Gürcüstan futbolunun flaqmanı hələ Sovet dönəmində də ən güclü komandalardan biri hesab olunurdu. Tiflis təmsilçisi avrokubokların qrup mərhələsində çıxış etmiş ilk Qafqaz klubudur. Bu, 2004-cü ildə baş verib.

"Dinamo" son mövsümdə Gürcüstan çempionatında ikinci yeri tutub. Komanda çempion "Dila"dan 6 xal geri qalıb. Keçirdiyi 30 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edən paytaxt klubu 6 dəfə meydanı məğlub tərk edib. Mövsümün ən çox qol vuran (56) komandası ünvanına sahib çıxan tiflislilər öz qapılarında 28 top görüblər.

Klubun prezidenti Roman Pipiya, baş məşqçisi Kaxi Qoqiçaişvilidir. Komanda ev oyunlarını 55 min azarkeş tutumuna malik olan paytaxtdakı "Dinamo Arena"da keçirir.

"Laçi" (Albaniya)

"İnter"in rəqibi azarkeşlərimiz üçün o qədər də tanış rəqib deyil. 1960-cı ildə yaradılmış 55 yaşlı klubun elə də böyük uğurları yoxdur. Komanda son mövsümdə Albaniya kubokunu qazanaraq, Avroliqaya vəsiqə qazanıb. Çempionatda isə bu komanda 5-ci olub. "Laçi" 2012/13 mövsümündə də Albaniya kubokunu qazanıb. Əvəzində bu klub heç vaxt Albaniya çempionu ola bilməyib. Çempionatda baş tutan 36 görüşün 20-də qalib gəlmiş "Laçi" 9 dəfə heç-heçə edib, 7-də uduzub. Rəqib qapılarına 46 dəfə yol tapan komanda özü 19 dəfə məyus olub.

"Laçi" avrokuboklarda da heç bir uğur sahibi deyil. Belə ki, komanda beynəlxalq arenada heç vaxt qələbə qazana bilməyib. Baxmayaraq ki, Albaniya təmsilçisi bir dəfə mərhələ keçə bilib. Bu, son mövsümdə Sloveniya "Rudar"ı ilə görüşdə baş verib. Penalti seriyasında bu komandanı üstələyən "Laçi" arından Luqansk "Zarya"sına (Ukrayna) uduzmuşdu.

Klubun prezidenti Paşk Laskadır. Baş məşqçi isə Armando Kunqudur. Komandanın heyətində yerli futbolçularla yanaşı, Nigeriya, Çernoqoriya və Kosovadan legionerlər çıxış edir. "Laçi" ev oyunlarını 5 min azarkeş tutumuna malik "Laçi Arena"da keçirir.

"Mladost" (Çernoqoriya)

Maraqlıdır ki, "Neftçi" də Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" kimi, ilk oyununu Çernoqoriya klubuna qarşı keçirəcək. 1950-ci ildə yaradılmış 65 yaşlı klub Podqoritsa şəhərinin təmsilçisidir. Son mövsümdə bu komanda Çernoqoriya çempionatının 4-cüsü olub. 33 turda 16 qələbə qazanan komanda 9 dəfə heç-heçə edib, 8 oyunda məğlub olub. Rəqib qapılarından 53 top keçirən podqoritsalılar 36 dəfə öz qapılarında qol görüblər. "Mladost" Avroliqada oynamaq hüququna Çernoqoriya kubokunu qazanmaqla sahib çıxıb.

Paytaxt klubu bundan öncə avrokuboklarda cəmi bir dəfə iştirak edib. İki il əvvələ təsadüf edən həmin çıxışı zamanı Avroliqanın birinci təsnifat mərhələsində Macarıstan "Videoton"una qalib gələn "Mladost" ardından turnirin qalibi "Sevilya"ya (İspaniya) boyun əymişdi.

Klubun prezidenti Momçilo Vuyoşeviç, baş məşqçi Aleksandr Nedoviçdir. "Mladost" ev oyunlarının 2 min azarkeş tutumuna malik arenada keçirir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.